Ötən beş ayda 67 mindən çox proaktiv müavinət və təqaüd təyin edilib

11:28 05.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-may ayları ərzində 67 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bunun 52,24 faizini kişilər, 47,76 faizini isə qadınlar təşkil edib.