Ötən həftə 69 mina zərərsizləşdirilib

16:02 19.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən yanvarın 12-18-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan hafta.az-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 63, tankəleyhinə 6 mina və 253 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 508,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.