Ötən il 3 048 tələbə köçürülüb

15:56 02.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il Azərbaycanda tələbələrin köçürülməsinin nəticələri məlum olub.

 

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, 2020-ci ildə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi həyata keçirilib.

 

Bildirilib ki, transfer.edu.az portalı vasitəsilə ali təhsil üzrə 2 625, orta ixtisas təhsili üzrə 423 nəfər olmaqla 3 048 tələbənin müraciəti təmin olunub.