öyük Britaniyanın maliyyə naziri istefa verib

17:17 24.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın maliyyə naziri Filip Xammond istefa verdiyini bəyan edib.

Trend-in məlumatına görə, o, istefa verməsi barədə özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, F.Xammond 2014-2016-cı illərdə Böyük Britaniyanın xarici işlər naziri olub. Krallığın maliyyə naziri postunda isə 2016-cı ildən çalışıb.