Öz qardaşını bıçaqlayıb

22:58 21.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə köhnə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.

1981-ci il təvəllüdlü Emin Quliyev döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub. 

İlkin məlumata görə, hadisəyə səbəb qardaşlar arasındakı mübahisə olub. 

Faktla bağlı araşdırma aparılır.