Pakistan çalxalanır: İman Xan yenidən həbs oluna bilər

13:15 18.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın keçmiş baş naziri İmran Xan deyib ki, polis onun Lahordakı evini mühasirəyə alıb və tezliklə yenidən həbs oluna bilər.

Hafta.az-ın yazdığına görə, Tvitterdə mesaj paylaşan Xan, "Yəqin ki, həbsimdən əvvəlki son tvitimdir. Polis evimi mühasirəyə aldı" ifadəsini işlədib.

İmran Xan 25 dəqiqəlik videomüraciətində deyib ki, hazırkı hökumət onunla ordu arasında münaqişə yaratmağa çalışır.

"Qorxuram ki, bu, ölkəmizə böyük ziyan vuracaq əks-təsirlərə səbəb olsun. Əgər kimsə bu strategiya ilə partiyamın qadağan oluna biləcəyini düşünürsə, bu, baş verməyəcək”, - Xan deyib.

Konstitusiya Məhkəməsinin sədri Ömər Ata Bandialın sədrliyi ilə məhkəmə komissiyasının yaradılmasını da təklif edən keçmiş baş nazirin fikrincə, zorakılıq hadisələrinin araşdırılması üçün bu komissiyaya ehtiyac var.

Polis bildirib ki, keçən həftə ictimai əmlaka və hərbi obyektlərə edilən hücumlarla əlaqəli onlarla insan İmran Xanın evində gizləndiyi üçün bu yer mühasirəyə alınıb.

Digər tərəfdən, Xanın evinin yerləşdiyi Pəncab əyalətinin informasiya naziri Əmir Mir bildirib ki, kəşfiyyat və hüquq-mühafizə orqanları hərbi obyektlərə hücumda ittihamlanan 30-40 nəfərin Xanın evində gizləndiyini müəyyən edib. "Biz ultimatum veririk ki, bu terrorçular polisə təhvil verilməlidir, əks halda tədbir görüləcək", - Mir mətbuat konfransında deyib. O, əlavə edib ki, Xanın şübhəliləri təhvil verməsi üçün 24 saat vaxtı var, əks halda polis əməliyyatına başlayacaq.

Siyasət rubrikasından digər xəbərlər