Pakistanın aparıcı jurnalistlərindən olan İmran Riyaz Xandan uzun müddətdir ki, xəbər yoxdur.
Hafta.az-ın yazdığına görə, milyonlarla izləyicisi olan jurnalist iki həftə əvvəl Sialkot Beynəlxalq Hava Limanından yola salınıb. İmran Xanın qatı tərəfdarları olduğu üçün bir müddət hədəfə alınan 47 yaşlı jurnalistlə o vaxtdan bəri əlaqə saxlamağın mümkün olmadığı bildirilir.
Xanın 32 yaşlı qardaşı Osman Riyaz Xan polisdən aldığı məlumata görə, qardaşı nəzarətə alınaraq polis bölməsinə aparılıb.
"Əl-Cəzirə"yə danışan Osman Riyaz Xan jurnalist İmran Riyaz Xanın YouTube videolarında siyasi mövzuları işıqlandırdığını, həmişə həqiqəti danışdığını və buna görə də polis tərəfindən saxlanıldığını iddia edib. Onun sözlərinə görə, Pakistan polisi İmran Riyaz Xanın saxlanıldığı günün gecəsi sərbəst buraxıldığını və polis idarəsini tərk etdikdən sonra naməlum şəxslər tərəfindən ərazidən aparıldığını bildirib.
İmran Riyaz Xana qarşı heç bir ittiham irəli sürülməyib.
Jurnalistin atası oğlunun azadlığa çıxdıqdan sonra “4-5 maskalı şəxs tərəfindən qaçırıldığını” deyib.
Bir müddətdir ki, İmran Xan və tərəfdarlarının Pakistanda hərbi və kəşfiyyat dairələri tərəfindən hədəfə alındığı məlumdur.