Pakistanda ölən və yaralananların sayı durmadan artır

13:10 11.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanda keçmiş baş nazir İmran Xanın həbsindən sonra başlayan etirazlarda ölənlərin sayının 9-a yüksəldiyi bildirilir.

Hafta.az-ın yazdığına görə, nümayişlərdə ölənlərlə yanaşı, yaralıların sayı 290-a yüksəlib, 2 min nəfər saxlanılıb. Ölkədə internet xidmətləri dayandırılıb, 4 ştatdan 2-də məktəblər bağlanıb.

Eyni zamanda, İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyasından (PTI) saxlanılan yüksək səviyyəli rəhbərlərin sayı 3-ə yüksəlib. Saxlanılan partiya liderləri arasında keçmiş xarici işlər naziri və PTİ-nin sədr müavini Şah Mahmud Qureşi də var.

Nümayişlər zamanı Hayber-Paxtunxva əyalətində 7, Bəlucistan və Pəncabda isə hər birində bir nəfər nümayişlər zamanı həlak olub.

Siyasət rubrikasından digər xəbərlər