“Pandemiya dövründə cəbhə bölgəsində yaşayan imkansız ailələrə bir dəfəlik sosial yardımın göstərilməsi” layihəsinə start verilib

18:10 25.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Iyul ayından etibarən  «Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimainin  Birliyi iyul ayından başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Pandemiya dövründə cəbhə bölgəsində yaşayan imkansız ailələrə bir dəfəlik sosial yardımın göstərilməsi” layihəsinı həyata keçirir.

Layihənin  rəhbəri, jurnalist Sevinc Kərimova bildirib ki,  layihə çərçivəsində Qazax rayonundan olan 80  maddi  vəziyyəti aşagı olan ailələrə birdəfəlik sosial yardım göstərilib.Kərimova qeyd edib ki, həyata keçirdiyimiz layihələrdə həmişə aktuallığı və hökumətimizin proritetlərini önə çəkərək ictimai birlik olaraq öz tövhəmizi verməyə çalışmışıq. Bu layihəmizlə də çalışdıq ki , cəbhə bölgəsi olan Qazax rayonu və kəndlərindən olan, COVİD-19 pandemiyyası şəraitində yaşayan ehtiyacı olan vətəndaşlarımıza müəyyən qədər də olsa yardım edək. Kərimova artıq layihə başa çatmaq üzrə olduğunu və indiyədək gördükləri işlər haqqında məlumat verərək bildirib ki, Qazax rayonundan olan qht-lərin, rayon sakinlərinin tövsiyyəsi ilə müəyyən etdikləri , ehtiyaclı 80 ailəyə birdəfəlik -35 azn məbləğində ərzaq kuponlarını poçt vasitəsilə yollayıblar.  

Artıq ərzaq kuponlarının sahiblərinə çatdırıldığını deyən Sevinc Kərimova  benefisiarlarından aldıqları  teşəkkür dolu sözlərın layihənin olduqca  aktual olduğunu bir daha sübut etdüyünü qeyd edib.

Sosial rubrikasından digər xəbərlər