Pandemiya şəraitində Aşura tövsiyyələri 

16:30 26.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Məhərrəm ayı insanların bir sıra dini ayinləri icra etməsi ilə qarşılanır. Dindarlar qətl günü məscidlərə toplaşıb öz inanclarına uyğun ayinləri qeyd edirlər. Lakin bu il qətl günü pandemiya dövrünə təsadüf etdiyi üçün bir yerə toplaşmaq qadağan olunub. Bəzi dindarlar isə bunu birmənalı qarşılamırlar.

İlahiyyatçı Mircəfər Əyyubov hafta.az-a danışarkən bildirdi ki, bu il Məhərrəm ayı, Məhərrəm əzadarlığı pandemiya dövrünə təsadüf etdiyindən dinə bağlı insanlar iki yol arasında qalıblar:

"Məhərrəm əzadarlığı gənclərdə vətənpərvərliyi, şəhidlik, zalımın zülmünə qarşı çıxmaq, məzlumun yanında olmaq, sevməyi bacarmaq kimi hissləri aşılayır. Bu ayinlərin, mərasimin keçirilməsi vacibdir. Amma digər tərəfdən, ölümlərə səbəb olan, bəşəriyyəti ağuşuna alan koronavirus pandemiyası var. Həm də virusun insanların daha çox toplaşdığı qapalı məkanlarda yayılma riski böyükdür. Biz nə Məhərrəmliyi rədd edə bilərik, nə də insanları toplaşmağa çağıra bilərik".

İlahiyyatçı bildirib ki, bu səbəbdən də insanlar dini ayinləri, çalışmalıdırlar ki, öz evlərində, ailə üzvləri ilə keçirsinlər:

"Operativ Qərargahın qərarı ilə məscidlər, ziyarətgahlar qapalıdır. Məhərrəmlik mərasimini hər gün görüşdükləri ailə üzvləri ilə keçirmək tövsiyə edilir. Eyni zamanda Məhərrəmliyi simvolizə edən qara geyimlər geyinib paylaşmaq olmaz, sosial şəbəkələrdə diqqətli olmaq tövsiyə edilir".

Sosial rubrikasından digər xəbərlər