Yazını böyüt
Yazını kiçilt
Ermənistanın baş naziri Nikol Paşinyan Aİ-nin Ermənistan-Azərbaycan sərhədində missiyasının müddətinin uzadılması məsələsinə baxılmasını istisna etməyib. Hafta.az erməni mətbuatına istinadla xəbər verir.
"Əvvəlcə, Aİ-nin mülki missiyasının iki ay işləyəcəyi nəzərdə tutulurdu. Ekspert icmasında onun müddətinin uzadılması və ya daimi olması ilə bağlı fikirlər var. Mən bu barədə əmin deyiləm, amma hər halda cəmiyyət və ekspertlər bunu müzakirə edirlər və əgər belə bir fürsət və ya zərurət görsək, ola bilsin ki, məsələni daha dərindən nəzərdən keçirək”, - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.
O, bəyan edib ki, mülki missiyanın 40 nəfərdən ibarət əsas qrupu tezliklə Ermənistana gələcək.