Paytaxtda mənzildə meyit tapıldı

16:32 09.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən 31 yaşlı şəxsin meyiti tapılıb.

Hafta.az xəbər verir ki, hadisə Nizami rayonu Ə.Hacıyev küçəsi 8 ünvanındakı binada baş verib.

Dünən axşam saatlarında orada yaşayan 1995-ci il təvəllüdlü Pərviz Məmmədovun meyiti aşkar edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Ekspertizalar təyin edilib.