Pənah Qarayev kirayə qaldığı evdə ölü tapıldı

13:47 23.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evdən kişi meyiti tapılıb. Hadisə paytaxtın Nərimanov rayonu, M.Arif küçəsindəki mənzillərdən birində baş verib.

Hafta.az xəbər verir ki, həmin ünvanda kirayədə yaşayan - Ağdaş rayonunda daimi qeydiyyatda olan 1965-ci il təvəllüdlü Pənah Qarayevin cansız bədəni yanvarın 23-də saat 03 radələrində yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.