Polşanın daxili işlər naziri Mariuş Kaminski Moldovanın da daxil olduğu planı dünyaya açıqlaması bomba effekti verib.
Hafta.az-ın yazdığına görə, Polşa Moldovaya 6 təyyarə dolusu çoxmilyonluq silah və sursat göndərib. Polşanın daxili işlər naziri Moldova polisinə çatacaq silah, sursat və texnika göndərmək qərarından söz açarkən qeyd edib ki, bu proses davam edəcək və irəlidə yeni inkişaflar gözlənilir.
Nazir Kaminski sosial media hesabından verdiyi açıqlamada "Daxili sabitliyi pozma cəhdlərinə müqavimət göstərən müstəqil və suveren Moldovanın bizim köməyimizə ehtiyacı var. Bu səbəbdən Moldova polisinə böyük miqdarda silah, sursat və texnika göndərmək qərarına gəldik" deyib.
Sözügedən silahların ölkədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almağa kömək edəcəyini bildirən Kaminski, silahların 2 ədəd C-130 Hercules və 4 ədəd CASA C-295M təyyarəsi ilə aparıldığını bildirib. Kaminski həmçinin Moldova tərəfindən həbs qərarı çıxarılan rusiyayönlü ŞORA partiyasının lideri İlana Şoranın da sanksiya siyahısına salındığını açıqlayıb.