Prezidentdən Paşinyana "Zəngəzur dəhlizi" dərsi - RƏY

16:05 27.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanın Moskva danışıqlarından dərhal sonra və Kişinyov danışıqlarından öncə Zəngilanla sərhəddə həyata keçirdiyi diversiyası bu prosesin sadə məsələ olmadığını göstərir. Bunun həm regional, həm də qlobal dəstəkləyiciləri var. Ona görə də istənilən müstəvidə keçirilən görüşlərin, müxtəlif qütblərdən təmsil olunan vasitəçilərin nizamlama prosesində olması belə, burdakı təxribatları dayandırmır".

Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması ilə bağlı açıqlamasında bildirib.

"Əslində bu münaqişə böyük güclərə lazımdır. Eləcə də Rusiyanın Ermənistanın silahlı qüvvələri içərisində olan fərqli qüvvələrə lazımdır. Həmin qüvvələr bu vəziyyəti münaqişə statusunda saxlamaqda maraqlıdır. Məsələnin həll olunması heç də gizli güclərin,regionda marağı olan qüvvələrin gündəliyində deyil. Ona görə də Ermənistanın davranışları təəccüblü deyil".

Ə.Musrafa qeyd edib ki, Moskva görüşündə Paşinyanın davranışlarına diqqət çəksək, bir daha əminlik yaranır ki, hətta Ermənistanın ən "demokratiki" Paşinyan bu qədər riyakar, məkirli, qərəzlidirsə, antiAzərbaycan, antitürk ovqatlıdırsa, o zaman digər antidemokratik ermənilərin hansı təbəkkürdə olduğu aydın görünür. Bu mənada hətta sülh müqaviləsi bağlanılsa belə, erməni diversiyası, təxribatları davam edəcək.

"Ona görə də Azərbaycan beynəlxalq hüquqla tanınan haqqını bərpa etmək üçüm özünün hərbi, siyasi, iqtisadi gücünə güvənməli, məhz bu kontekstdə çıxış etməlidir. Və Prezidentin Moskva görüşündə Paşinyana "Zəngəzur dəhlizi" ilə bağlı keçdiyi dərsdən hər kəs ibrət götürməlidir".

Siyasət rubrikasından digər xəbərlər