Problemli kreditlərin həcmi azalıb

12:15 22.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin aprelin 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 685,2 mln. manat təşkil edib ki, bu göstərici mart ayı ərzində 0,7% azalıb.

Bu barədə hafta.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Azərbaycanda ilin əvvəlinə nisbətən 4,8%, son 1 ildə isə 25,4% azalıb.

 

Sözügedən kreditlərin ümumi portfeldəki payı 3,8% təşkil edib. Qeyd olunan göstərici, ötən ilin müvafiq dövrünə nəzərən 6,2 faiz bəndi azalıb.