Rusiya Mərkəzi Bankı 7-20 oktyabr tarixləri arasında keçirilən "Pul Həftəsi" kampaniyası çərçivəsində əhaliyə metal sikkələrini əskinaslara rüsumsuz dəyişdirmək imkanını elan edib.
Hafta.az-ın yazdığına görə, normalda banklar sikkələrin dəyişdirilməsi üçün 1-3 faiz komissiya alırlarsa, bu müddət ərzində bu proses pulsuz olacaq. Bu kampaniya Rusiyada uzun müddətdir davam edən sikkə dövriyyəsi problemini həll etmək məqsədi daşıyır. Məqsəd insanların evlərində toplanan və istifadədən çıxmış sikkələrin yenidən dövriyyəyə buraxılmasıdır.
Kampaniya mağazalarla yanaşı banklarda da keçərli olacaq.
Bəzi mağazalar yalnız müəyyən nominallı sikkələri qəbul etsə də, banklar bütün növ sikkələri götürəcəklər.
Mərkəzi Bank əvvəlki kampaniyalarda böyük uğurlar qazanmışdı. 2024-cü ilin yazında keçirilən kampaniyada 31 milyondan çox sikkə toplanıb və 135 milyon rubl xarici valyuta dövriyyəyə qaytarılıb. 2023-cü ildə bu rəqəm 83 milyon rubl olaraq qeydə alınıb.
Ən çox yığılan sikkələr 1, 5 və 10 rubl, ən az istifadə edilən sikkələr isə qəpiklər olub.
Mərkəzi Bankdan verilən məlumata görə, sikkələr uzunömürlü olsa da, ictimai istifadə üçün əlverişsiz hesab olunur və bu səbəbdən dövriyyədən çıxarılır.
Mərkəzi Bankın bu kampaniyası metal sikkələrin iqtisadiyyata qaytarılması və lazımsız yeni sikkələrin çapının qarşısının alınması məqsədi daşıyır.