Yazını böyüt
Yazını kiçilt
Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.
Hafta.az TASS-a istinadən bildirir ki, bu barədə Fransa Prezidenti BFM telekanalının canlı efirində jurnalistin sualını cavablandırarkən məlumat verib.
Emmanuel Makron qeyd edib ki, görüş avqustun 19-da Prezidentin yay iqamətgahı olan “Fort de Bregancon”da keçiriləcək.
Rusiya Prezidentinin avqust ayının ikinci yarısında Fransaya səfər edəcəyini Kremldən də təsdiqləyiblər.
Belə ki, Kremlin mətbuat xidmətinin bu barədə yaydığı xəbərdə deyilir: "Vladimir Putinin göstərilən müddətdə Fransaya səfəri işlənilir".