Biznes ombudsmanı Boris Titov president Vladimir Putinə Cənub-Şərqi Asiyadan immiqrant axınını təşviq etməyi təklif edib.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Putinin ötən ay etdiyi çıxışda “Rusların maraqları mühacir axınından daha önəmlidir” dediyini xatırladan Titov Rusiyanın viza tətbiq etdiyi bəzi ölkələrin vətəndaşları üçün giriş prosedurlarının asanlaşdırılmasını xahiş edib. Ombudsman ilk növbədə Cənub-Şərqi Asiya ölkələrinə işarə edib.
RBC Cənub-Şərqi Asiya ölkələrini Vyetnam, Kamboca, Laos, Myanma, Tailand, Bruney, Şərqi Timor, Filippin, Malayziya, İndoneziya və Sinqapur kimi siyahıya alır.
Bölgədə yaşayan əhalinin sayı 655 milyon nəfərdir.
Boris Titov bildirib ki, böyüməyə çalışan Rusiya iqtisadiyyatı indiyədək görünməmiş kadr çatışmazlığı səbəbindən bu hədəfə çatmaqda çətinlik çəkir.
Titov, hazırda Rusiyadakı immiqrantlar arasında vizaya məruz qalan ölkələrdən gələnlərin payının yüzdə 4,49 olduğuna diqqət çəkərək, bu nisbətin artırılması üçün tədbirlərin görülməsini istəyib.