Qabon prezidenti Londonda xəstəxanaya yerləşdirildi

23:00 02.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qabon prezidenti Əli bin Bonqo Ondimba Böyük Britaniyanın paytaxtı Londonda xəstəxanaya yerləşdirilib.

Hafta.az-ın məlumatına görə, 60 yaşlı dövlət başçısının səhhəti pisləşib.

Prezidentin sağlamlığı ilə bağlı hər hansı bir təfərrüat açıqlanmayıb.

 

Qeyd edək ki, ötən ilin payızında prezident Əli bin Bonqo Ondimba Səudiyyə Ərəbistanında xəstəxanaya yerləşdirilmişdi. Ötən ildən bəri prezident ictimaiyyət qarşısına çıxmayıb.