Qadın yaşadığı evin həyətində ölü tapılıb

20:34 16.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

59 yaşlı qadının meyiti yaşadığı evin həyətində tapılıb.

Hafta.az-ın məlumatına görə, hadisə Bərdə şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini yaşadığı evin həyətində ölü vəziyyətdə aşkar edilib.

Meyitin Bərdə şəhər sakini Novruzova Reyhan Musa qızına məxsus olduğu bildirilib. İlkin məlumata görə, onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.