Qalibafın fkrincə, İranın münaqişənin həlli planının alternativi yoxdur

09:36 12.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın ABŞ tərəfinə təqdim etdiyi münaqişələrin həlli planının alternativi yoxdur.

Hafta.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial media hesabında yazıb:

“14 maddəlik təklifdə qeyd olunduğu kimi, İran xalqının hüquqlarını tanımaqdan başqa çıxış yolu yoxdur. Hər hansı digər yanaşma tamamilə təsirsiz olacaq və yalnız növbəti uğursuzluqlarla nəticələnəcək”.

Qalibafın sözlərinə görə, Vaşinqton bu prosesi nə qədər gecikdirsə, ABŞ vergiödəyiciləri bir o qədər çox xərc çəkməli olacaqlar.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın münaqişənin həlli ilə bağlı təkliflərini sona qədər oxumadığını bildirmişdi.

Tramp, həmçinin atəşkəsin son dərəcə kövrək olduğunu vurğulayıb. Bununla yanaşı, o qeyd edib ki, İran üçün “dünyanın ən yaxşı planı”na sahibdir.