Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

11:08 15.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Hafta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, noyabrın 14-də polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 9 tüfəng, 3 patron darağı və 90 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Həmçinin polis əməkdaşlarının noyabrın 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.