“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsini darmadağınla adladı

23:19 18.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsinə start verilib.
 
Hafta.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə bu mərhələdən başlayıb.
 
Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Ukraynadan olan hakimlər briqadası idarə edib. Qarşılaşma isə Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb.
 
Təsnifat mərhələsində komandalar cütün qalibini bir oyunda müəyyənləşdirirlər. “Qarabağ” da “Sileks”i məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanıb. Ağdam klubu növbəti 2-ci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
 
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
18 avqust
 
Qarabağ – Sileks 4:0
Qollar: X.Romero, 11. D.Gerye, 40; 51. M.Emreli, 80.
Baş hakim: Yaroslav Kozık (Ukrayna).
Tofiq Bəhramov adına Respublika stadionu.