“Qarabağ” derbidə “Neftçi”ni məğlub edib

21:34 03.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

Hafta.az xəbər verir ki, turun son oyununda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gəliblər.

"Neftçi Arena"da reallaşan ölkə derbisi Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra xallarını 60-a çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Neftçi" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

“Neftçi” – “Qarabağ” - 1:4 

Qollar: Nəriman Axundzadə, 47 (0:1), Toral Bayramov, 60-pen. (0:2), Filip Ozobiç, 71-pen. (1:2), Toral Bayramov, 90+3 (1:3), Leandro Andrade, 90+7 (1:4)

Oxunma sayı 117