Qardaşlar oğurluğa görə saxlanıldılar

15:39 19.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ev sahibi 5 000 manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib.

Səbail Rayon Polis İdarəsi 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən iki qardaş - 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümüd Sadiqov saxlanılıb.

Araşdırmalarla onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.