Antalya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən qastronomiya festivalı 6-8 sentyabr tarixlərində Karaalioğlu Parkında “Gələcək Antalya” şüarı altında keçiriləcək. Dünyanın hər yerindən və Türkiyədən qonaqların qəbul ediləcəyi festivalda coğrafi olaraq göstərilən məhsul tanıtımları, Mişelin ulduzlu aşpazlarla seminarlar, panellər, müsahibələr, konsertlər və yarışmalar təşkil olunacaq.
Hafta.az-ın yazdığına görə, Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcək tədbirin təqdimat toplantısında "Bu il üçüncü dəfə təşkil edəcəyimiz festival, münbit torpaqlardan gələn ləzzətləri bir araya gətirərək qastronomiya dünyasında əhəmiyyətli görüş nöqtəsi olacaq. Aralıq dənizi, yerli istehsalçılarımız və dünya mətbəxindən seçilən aşpazlarımız, ənənəvi və müasir kulinariya yanaşmalarını birləşdirir” deyib.
Şəhərin istixana əkinçiliyinin yarısını təmin etməklə yanaşı turizmin də paytaxtı olduğunu ifadə edən Böcək, yerli məhsullar və coğrafi olaraq göstərilən 18 məhsulla iqtisadiyyata böyük dəyər qatdığını söyləyib.
Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) prezidenti Erkan Yağcı, "Festival daxili bazara xitab edən bir vəziyyətdən xarici turistləri də cəlb edən bir nöqtəyə keçir. Çünki turistlər yerli mədəniyyəti yaxından tanımaq istəyirlər. Gəldikləri şəhərin və mətbəxinin də strateji əhəmiyyəti var” deyib.
Çıxışlardan sonra Food Fest Antalya Məzmun direktoru Gökmən Sözən festivalın proqramı və məzmunu haqqında məlumat verib. Antalyanın yerli məhsullarının da sərgiləndiyi tədbirdə məşhur aşpaz Danilo Zannanın müşayiəti ilə coğrafi məhsullar və balqabaqlı desert təqdim edilib.