Qazaxda maşın hasara çırpıldı - Ölən var 

10:13 20.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev hadisə yerində həyatını itirib. 1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.