Qazaxıstanın baş nazirinin müavini və milli iqtisadiyyat naziri Nurlan Baybazarov Nazirlər Şurasının həftəlik iclasında 2024-cü ilin yanvar-sentyabr aylarında ölkənin inkişaf dinamikasını qiymətləndirib.
Hafta.az-ın yazdığına görə, Qazaxıstan iqtisadiyyatının ilin doqquz ayında 4 faiz artdığını bildirən nazir Baybazarov, “Real sektorda artım 5 faiz, xidmət sektorunda istehsal isə 3,8 faiz artıb. Bu il iqtisadi artım tamamilə qeyri-xammal sahələrinin inkişafı hesabına əldə edilir. Kənd təsərrüfatı və tikinti ən çox inkişaf edən sektorlar olub”. - dedi.
Nəqliyyat xidmətlərində 8 faiz, telekommunikasiya sektorunda 6,4 faiz, ticarətdə 6,3 faiz, emal sənayesində 4,8 faiz artım olduğunu deyən Bəybazarov ümumi daxili məhsulun 65 faizinin ticarət, istehsal, tikinti və kənd təsərrüfatı sektorlarındakı artımdan ibarət olduğunu bildirib.
Baybazarov əlavə edib ki, ən çox sərmayə qeyri-xammal sektorlarına, xüsusilə telekommunikasiya, təhsil, nəqliyyat, istehsal və səhiyyə sektorlarına qoyulub.