Qərbin Paşinyandan tələbi - SÜLH SAZİŞİNİ BU VAXTA QƏDƏR İMZALA!

12:36 11.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kollektiv Qərb Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin sonuna qədər sülh sazişi imzalamasını tələb edir. Hafta.az bildirir ki, bu barədə “Hraparak” qəzeti yazır. “Mənbəmizin sözlərinə görə, bu məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında müzakirə olunub. İ.Əliyev sazişin imzalanmasını noyabrın 9-da təklif etdiyi barədə məlumat var.

İki il əvvəl, eyni gündə təslim olmaq haqqında bəyanat imzalandı. Paşinyan buna etiraz edərək bildirib ki, bu günün erməni xalqı üçün pis simvolik mənası var. İnsanlar güman edə bilər ki, sülh müqaviləsi bizim üçün yeni qapılar açmayacaq, çünki o, hamını razı salmağa çalışır, əksinə, ikinci kapitulyasiyaya çevriləcək”, - qəzet qeyd edir.

Siyasət rubrikasından digər xəbərlər