Qiymətləri bahalaşdıran marketlərdir - İTTİHAM

10:41 15.10.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Əslində keyfiyyətli kərə yağının qiyməti yüksək olmalıdır. Bu fikirləri hafta.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, normal kərə yağı əldə etmək üçün 20 litr orta yağlılıq dərəcəsi olan süd lazımdır:

"Kərə yağının qiyməti 19-20 manat olmalıdır. Azərbaycan bazarı dünya bazarından asılıdır. Amma qiymətlərin yüksək olmasında marketlərin də rolu var. Onlar qiyməti istədikləri şəkildə qaldıra bilirlər. Bazarımızda qiymətlər razılaşma əsasında təyin olunur. Yerli kərə yağı istehsalımız mövcuddur, lakin daxili bazarımızın tələbatını ödəyə bilmir. Tələbatın yalnız 30 faizini təmin edə bilir. Bu səbəbdən xarici ölkələrdən kərə yağı gətirilir. Yaxşı olardı ki, yerli istehsal daha da inkişaf etdirilsin".