Ermənilərin nəzarətində olan kəndlər, ərazilər var, biz təbii ki, onlardan danışmırıq.
Hafta.az bildirir ki, bu barədə iyunun 1-də jurnalistlərə müsahibəsində Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.
“Təbii ki, qoşunlar geri çəkilməlidir. Xəritələr əsasında demarkasiya və delimitasiya aparıldıqdan sonra Azərbaycan qoşunları getməli olacaq və gedəcək. Təbii ki, Ermənistan qoşunları da Azərbaycan ərazisindən çıxarılacaq”, - Simonyan bildirib.
Sülh müqaviləsi imzalandıqdan sonra “Azərbaycanın Ermənistanın suveren ərazisindən qoşunlarını çıxaracağına hansı təminatların ola biləcəyi (əslində ermənilər bu ərazilərin tarixi torpaqlarımız olduğunu unudur red.)” ilə bağlı sualına Simonyan belə cavab verib: “Əgər onlar getməsələr, onda biz indi bizim olduğumuz ərazini tərk etməyəcəyik, orada bizim qoşunlarımız var, bizim nəzarətimizdə olan müəyyən ərazilər var”.