Qüdrət Həsənquliyev: “Bu gün ölkəmizdə cinayətkarlığın səviyyəsi artmır”

13:50 16.05.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu gün ölkəmizdə cinayətkarlığın səviyyəsi artmır və cinayətkarlığa qarşı effektli mübarizə təşkil olunub”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev qeyd edib.

Millət vəkili qeyd edib ki, hesabatdan Daxili İşlər Nazirliyi tərəfindən diqqətin daha çox maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsinə yönəldiyi görünür.

“Daxili İşlər Nazirliyi tərəfindən həm dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, tələbələrlə geniş iş aparılır. O cümlədən xaricə iş dalınca gedən əmək miqrantları ilə bu iş düzgün qurulub.

Bu gün dünyada müşahidə olunur ki, xüsusilə müharibə bölgəsindən inkişaf etmiş ölkələrə gedən qadınlar cinsi istismara məruz qalır, insanların isə əməkləri istismar olunur. Az qala biz hər gün mətbuatda bu cür çoxsaylı faktlarla üzləşirik. Amma şükürlər olsun ki, Azərbaycanda bu sahədə vəziyyət tam nəzarətdədir və 2024-cü ildə  cinayətlərin sayında da hər hansı bir artım müşahidə olunmayıb”.