Qusar sakinlərindən narkotik aşkarlanıb

11:24 04.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Elbrus Mürşüdov və Zamir Seyidəhmədov saxlanılıblar. Həmin şəxslərin üzərinə
baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.