Qusarda məktəbli qızları maşın vurdu

17:24 13.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusarda məktəbliləri maşın vurub.

Hafta.az-ın məlumatına görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəbli qızı vurub.

Hadisə nəticəsində məktəblilər 2009-cu il təvəllüdlü E.Piriyeva və  2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.