Ramiz Mehdiyevin köməkçisi saxlanılıb - RƏSMİ

12:07 15.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə hafta.az-a DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, idarəyə Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Eldar Qurban oğlu Əmirov Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Ramiz Mehdiyevin köməkçisi olub.