Ramiz Mehdiyevin nəvələri də cərimələndi

21:23 23.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, AMEA prezidenti Ramiz Mehdiyevin karantin vaxtı nəvəsinə toy etməsinə görə 20-dən çox şəxs cərimələnib.

Hafta.az xəbər verir ki, cərimələnənlər arasında Ramiz Mehdiyevin iki nəvəsi də var.

Onlar Kənan Əliyev və Fərid Mehdiyevdir. Hər iki şəxs 200 manat məbləğində cərimə edilib. Kənan Əliyev Ramiz Mehdiyevin həbs edilən kürəkəni İlham Əliyevin oğludur.

İlham Əliyev və qudası inzibati qaydada 15 sutka həbs cəzası alıblar.

Sosial rubrikasından digər xəbərlər