Koronavirus xəstəliyinin yaranması bütün sahələrə öz təsirini göstərməkdə davam edir. Sahibkarlar, fermerlər də vəziyyətin belə davam etməsindən nigarandırlar. Rayon yerlərində yaşayan kənd təsərrüfatı ilə məşğul olan kəslərin indi daha bir problemi var: min-bir əziyyətlə saxladıqları heyvanları sata bilmirlər.
Alıcılar bildirir ki, Bakıda kafe, restoranların fəaliyyətin zəifləməsi və ya tamamilə işini dayandırması ət təlabatına olan ehtiyacı da azaltmış oldu. Bəs bu halda kəndli heyvanını necə satmalı?
İqtisadçı ekspert Natiq Cəfərli hafta.az- mövzu barədə danışarkən bildirdi ki, ətə olan təlabatın zəifləməsinin ən başlıca səbəbi turistlərin olmaması, restoran və kafelərin fəaliyətsizliyidir:
"Ölkədə ət istehlakçıları üçün problem olmamalıdır. Kəndlilər də öz heyvanlarını pulu çevirə bilməlidirlər. Çünki Operativ Qərargahın qərarına görə, kənd təsərrüfatı sahəsi üçün, eləcə də fermerlər üçün karantin təsiri olmamalıdır. Onlar öz fəaliyyətini davam etdirməlidilər. Buna görə icra orqanlarına da tapşırılar verilmişdi. Ola bilər ki, icra orqanları buna şərait yaratmır. Dövlət qrumlarının heç biri buna görə əngəl yarada bilməz".
İqtisadcının fikrincə ət sektorunda geriləmələrin, satışın aşağı düşməsinə səbəb restoranların, kafelərin, şadlıq sarayların fəaliyyətsizliyidir:
"Ən əsas da turistlərin olmamasına görə ət satışı da azalıb. Bütün bunlar ət istehsalının azalmasına səbəb oldu. Bu obiyektiv təsirdir. Subiyektiv səbəblər isə olmamalıdır".
Ekspert kəndlinin satış edə bilməməsində fürsətlərin tanınmasına ehtiyac olduğunu deyir:
"Məlum səbəblər də göstərir ki sahibkarla istehlakçı arasında bir əlaqələr olmalıdır. Arada olan qiymət dəllalarının sıradan çıxarılması üçün mexanizmlər işlənib hazırlanmalıdır. Burada Kənd Təsərrüfatı Nazirliyi ilə yerli orqanlar arasında iş birliyi olmalıdır. Ölkədı böyük ticarət şəbəkələri var. Fermerlərin onlara birbaşa çıxışı üçün körpü yaradılmalıdır. Bu körpünün yaranması qiymətlərin tənizmlənməsinə də səbəb ola bilər".