Razılıq baş tutsa Tramp sazişin imzalanma mərasiminə qatılacaq

14:20 21.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərəflər razılığa gələcəyi təqdirdə ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nizamlanmasına dair sazişin imzalanma mərasimində şəxsən iştirak edə bilər.

Hafta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yeni danışıqlar mərhələsinə ev sahibliyi edəcəyi gözlənilən Pakistandakı mənbəyə istinadən məlumat yayıb.

Qaynağın verdiyi bilgiyə görə, ABŞ lideri müqavilənin bağlanması prosesinə birbaşa və ya videokonfrans formatında qatılması mümkündür. "Proses irəliyə doğru gedir və danışıqların sabah (çərşənbə günü - red.) baş tutacağı planlaşdırılır", - deyə mənbə bildirib.