“Real” “Barselona”nın istədiyi futbolçunu transfer edib

14:02 06.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın “Real” klubu heyətinə yeni futbolçu qatıb.

Madrid təmsilçisi “Malyorka”nın sol cinah müdafiəçisi Rafael Obradoru transfer edib.

“Barselona”nın da maraqlandığı 16 yaşlı istedadla müqavilə imzalanıb. Ötən mövsüm La Liqada debüt edən Obradorla anlaşmanın detalları açıqlanmır.

Oxunma sayı 1793