Regional təhsil idarəsində müdir vəzifəsinə YENİ TƏYİNAT

12:21 08.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.

Hafta.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, bu vəzifə Vüsal Rizvan oğlu Cəfərova tapşırılıb.

Əlavə olaraq qeyd olunub ki, Vüsal Cəfərov 20 may 2025-ci il tarixindən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib.