Rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

11:57 20.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan hafta.az-a bildirilib ki, son 5 ay ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 33 893 nəfər istiqamətləndirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1 367 nəfərindən 974-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Oxunma sayı 143