Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib

13:59 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a verilən məlumata görə,2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 (onlardan 32 plan yeri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulub) yerdən ibarət olub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 14 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Aşağıda boş qalan plan yerləri təqdim olunur.

Qəbul aparılan ixtisaslar

 

Azərbaycan Tibb Universiteti

311269

Daxili xəstəliklər

1

 

311382

Fizioterapiya və tibbi bərpa

1

 

311658

Gigiyena

1

 

311666

Epidemiologiya

1

 

*311593

Sosial gigiyena və səhiyyənin təşkili

1

 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri

Təkmilləşdirmə İnstitutu

313326

Narkologiya

2

 

313423

Gigiyena

 

1

 

Naxçıvan Dövlət Universiteti

361116

Anesteziologiya- reanimatologiya

2

 

361124

Ümumi cərrahiyyə

2

 

361173

Psixiatriya

1

 

361246

Hematologiya

1

 

361287

Ftiziatriya

1

 

361368

Neonatologiya

1

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 oktyabr 2021-ci il saat 11:00-dan 19 oktyabr 2021-ci il saat 14:00-dək https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.

 
Oxunma sayı 17