Yazını böyüt
Yazını kiçilt
Məşhur braziliyalı keçmiş futbolçu Ronaldinyonun anası Miqelina Eloi Dos Santos dünyasını dəyişib.
Hafta.az onhaber.net-ə istinadən xəbər verir ki, Ronaldinyonun anası 71 yaşında koronavirus səbəbindən ölüb.
Məlumata görə, o, ötən ilin dekabrından intensiv terapiya şöbəsində yatırdı. Lakin həkimlərin səylərinə baxmayaraq, həyatını qurtarmaq mümkün olmayıb.
Qeyd edək ki, 40 yaşlı Ronaldinyo karyerasını 2015-ci ildə başa vurub.