Ronaldo bütün restoranı bağlatdırdı, özü gəlmədi

18:14 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yuventus"un hücumçusu Kristiano Ronaldo paparatsiləri aldadıb.

Hafta.az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu onun istirahət zamanı şəklini çəkmək istəyən fotoqrafları ustalıqla yayındırmağı bacarıb.

Futbolçu dünən San-Remoda sevgilisi Corciana Rodrigesin aparıcısı olduğu musiqi festivalına qatılıb. Tədbirdən əvvəl o, San-Remodakı restoranlardan birini bütünlükdə bağlatdırıb. Festivaldan sonra jurnalistlər cütlüyün məhz həmin məkana gedəcəyini düşünsə də, Ronaldo Corciana ilə San-Remodan bir neçə kilometr aralıda yerləşən başqa restorana yollanıb.