Yazını böyüt
Yazını kiçilt
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və Fransa millisinin üzvü Kilian Mbappe forma dəyişdiriblər.
Qol.az xəbər verir ki, bu, Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Portuqaliya – Fransa görüşündən sonra olub. Oyunçular matçın ardından formalarını dəyişdiriblər. Yarışın sosial media hesablarında isə həmin anın fotosu paylaşılıb. Şəkildə Ronaldo və Mbappenin yüksək əhval-ruhiyyədə olduğu görünür.
Qeyd edək ki, sözügedən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.