Yazını böyüt
Yazını kiçilt
Rumıniyada koronavirusa yoluxanların sayı 29-a çatıb. Ölkə ərazisində xəstələrin sayı birdən-birə 17-dən 29-a yüksəlib.
Hafta.az xəbər verir ki, xəstələrin əksəriyyəti İtaliyadan Rumıniyaya gələn koronavirusa yoluxmuş bir şəxslə kontaktda olublar.
Hazırda paytaxt Buxarestdə 8 nəfər xəstəxanaya yerləşdirilib. Timişoara, Kluj, İyaş və Krayovaya da virusa yoluxanlar qeydə alınıb. Ümumilikdə, 107 nəfər karantinə alınıb. Ölkə ərazisindəki bütün məktəblərdə martın 22-nə kimi tətil elan olunub.