Rusiya, İran, Ermənistan milli təhlükəsizliyimizə təhdid dövlətlərdir - Açıqlama

13:34 11.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

10 noyabr sazişindən sonra Ermənistan uğrunda ABŞ, Fransa, Rusiya mübarizə aparır. Həqiqətən də bu gün Fransanın Ermənistanda mövqeyi yüksəkdir. Son gərginlikdən sonra artıq Paşinyan Vaşinqtonu da meydana gətirdi.

Bu fikirləri hafta.az-a siyasi şərhçi Teymur Qasımlı deyib:

“Ermənistanın tam olaraq Rusiyadan ayrılmasını birmənalı söyləmək çətindir, amma Paşinyan Rusiyadan aralanıbsa, bu region üçün də bir uğurdur. ABŞ-ın gəlməsi müəyyən mənada bizim də maraqlarımıza xidmət edir.  Əgər bu gəliş uğurludursa, Ermənistanla Rusiya arasında münasibətləri daha da gərginləşdirəcək. Ona görə də dövlətimizin rəhbəri çox düzgün gediş edib ABŞ-ın təşəbbüsü ilə masada oturdu. Masada oturmağımız böyük uğur gətirdi.

Ermənistan hiyləgər siyasət yürüdür. Ona görə də bu dövlətin Rusiyanın himayəsindən tam çıxıb-çıxmadığını dəqiqi deyə bilmərik. Amma fakt budur ki, ingilis, fransız onlara “sizə dövlət quracam” desə də, qurmadı, bunu rus etdi. Görünən odur ki, Paşinyan son gərginlikdən yaxşı istifadə edib Qərbə doğru getdi. Paşinyan gah ABŞ, gah Fransa ordusunu köməyə çağırdı.

Rusiya 200 il ərzində nə siyasət aparıbsa, onu da davam edir. Ermənistanın Qafqazda var olması, Azərbaycanla daimi münaqişənin qalması Rusiyaya sərf edir və bu siyasəti aparır. Rusiya Paşinyanı devirmək istəyir, amma layiqli namizəd tapa bilmir. İndi Ruben Vardanyan onun növbəti ehtiyat planıdır və ona Qarabağda “dövlət naziri” vəzifəsi verilib. Hansı dövlətin naziridir, bunu soruşmaq lazımdır. Rusiya Ermənistanda polisə, kəşfiyyata, orduya nəzarət edir. Və onun diqtəsi ilə qeyri -qanunu birləşmələr atəkəsi pozur. Ona görə də hər an Paşinyanı devirmək üçün oyunlar gedir. Bu gün kim Ermənistana bir patron verirsə, bizim əleyhimizədir. Kim Ermənistanla oturursa, bizim beyin mərkəzləri bunu araşdırmalıdır. Bir məsələni bilməliyik ki, Rusiya, İran, Ermənistan bizim milli təhlükəsizliyimizə təhdid dövlətlər olub və bu gündən sonra da olacaqlar”.

Siyasət rubrikasından digər xəbərlər