Rusiya iki yeni ordu yaratdı

09:15 27.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya ölkənin qərb hissəsini vahid hərbi birləşmənin altında toplayan əvvəllər mövcud olan “Qərb Hərbi Dairəsi”ni ləğv edərək əvəzinə üç yeni ordu yaradıb.

Hafta.az-ın yazdığına görə, prezident Vladimir Putinin imzaladığı yeni hərbi konsepsiyaya əsasən, Qərb Hərbi Dairəsinin əvəzinə Moskva və Leninqrad hərbi dairələri yenidən strukturlaşdırılıb.

Putin Cənub Hərbi Dairəsini də yenidən strukturlaşdıraraq Donetsk, Luqansk, Zaporye və Xerson vilayətlərini bu bölmələrə daxil edib.

Rusiyanın yeni hərbi-inzibati bölgüsü haqqında fərman 2024-cü il martın 1-dən qüvvəyə minəcək.

Moskva Hərbi Dairəsinə Moskva, Belqorod, Bryansk, Vladimir, Voronej, İvanovo, Kaluqa, Kostroma, Kursk, Lipetsk, Nijni Novqorod, Oryol, Ryazan, Smolensk, Tambov, Tver, Tula və Yaroslavl vilayətləri daxildir.

Leninqrad Hərbi Dairəsinə Kareliya və Komi respublikaları, Arxangelsk, Voloqda, Kalininqrad, Leninqrad, Murmansk, Novqorod, Pskov vilayətləri, Sankt-Peterburq şəhəri və Nenets Muxtar Vilayəti də daxildir.

Xatırladaq ki, əvvəllər mövcud olan Leninqrad və Moskva hərbi dairələri 2010-cu ildə ləğv edilib. Bu bölgələrin daxil olduğu Qərb Hərbi Bölgəsi yaradılıb.

2022-ci ilin dekabrında Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskva və Leninqrad hərbi dairələrinin bərpasına çağırıb. 2023-cü il avqustun 9-da Müdafiə Nazirliyinin kollegiya iclasında bu məsələyə baxılıb və yeni hərbi dairələrin yaradılması haqqında qərar rəsmən təsdiqlənib.

Putinin təsdiq etdiyi yeni hərbi bölgələr ölkənin qərbindəki hərbi aktivləri artırmağa və bu regionda yerləşdirilən əsgər və müdafiə hissələrinin sayını yeni hərbi qurumlarla artırmağa imkan verəcək. Bu həmçinin mümkün hücumlara qarşı daha sürətli cavab və müdafiə təmin edəcək.

Oxunma sayı 135
Siyasət rubrikasından digər xəbərlər