Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (HUR) Rusiyanın 2014-cü ildən bəri işğal etdiyi Krımda rus əsgərlər tərəfindən talan edilmiş tarixi əsərlərin sayını açıqlayıb. Kəşfiyyat İdarəsi qeyd edib ki, ruslar qanunsuz arxeoloji qazıntılar zamanı 110 mədəni irs əşyasını oğurlayıb.
Hafta.az-ın yazdığına görə, arxeoloji qazıntılar nəticəsində Krımın Azov dənizi sahillərindəki ən böyük tarixi xarabalıqlardan olan Artezian qəsəbəsinin, Cembalo Genuya qalasının və Tavrik Xersonesin cənub ətrafındakı arxeoloji məkanın dağıdıldığı bildirilib.
Tavrik Xersones ətrafından çıxarılan tarixi qalıqların Yekaterinburqdakı muzeyə aparıldığı bildirilən açıqlamada işğalçıların Akyarın Baliklava bölgəsində bir Roma abidəsini dağıtmaq üçün işə başladığı da xatırladılıb. Kəşfiyyat Baş İdarəsinin bəyanatında “Ukrayna xalqına qarşı törədilən hər bir hərbi cinayət ədalətli şəkildə cəzalandırılacaq” ifadəsi yer alıb.